Şahmatçılarımız komandalararası Avropa çempionatında mübarizə aparacaqlar
Oktyabrın 23-də Batumidə şahmat üzrə komandalararası Avropa çempionatı start götürəcək.

Kişilərin yarışında ölkəmizi Şəhriyar Məmmədyarov, Nicat Abbasov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov təmsil edəcəklər. Komandamızın kapitanı Eltac Səfərli olacaq.

Qadınlar arasında keçirilən turnirdə Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova mübarizə aparacaqlar.

İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.


Xəbər 715 dəfə oxundu.