Rəqiblərini “Sərhədçi”də qəbul edəcək
Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatında ev oyunlarını keçirəcəyi arena müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, “B” qrupunda yer alan komandamız rəqiblərini “Sərhədçi” Olimpiya-İdman Mərkəzində qəbul edəcək. Ğörüşlərin hamısı saat 19:00-da başlayacaq.
Qeyd edək ki, komandamız Almaniya, Bolqarıstan, İsveç və Lüksemburq yığmaları ilə qüvvəsini sınayacaq.

Xəbər 1291 dəfə oxundu.