Kikboksinq üzrə dünya çempionatında Azərbaycanı 21 idmançı təmsil edir
Oktyabrın 22-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kişilər və qadınlar arasında kikboksinq üzrə dünya çempionatı start götürüb.

Kikboksinqin WAKO versiyası üzrə təşkil olunan mötəbər turnirdə kişilər arasında keçirilən yarışda ölkəmizi 21 idmançı təmsil edir.

Dünya çempionatı oktyabrın 27-dək davam edəcək.

Xəbər 1047 dəfə oxundu.