XIV Respublika spartakiadası çərçivəsində atletika yarışları keçirilib | |
Orta ixtisas təhsil müəssisələri arasında XIV Respublika spartakiadası çərçivəsində atletika yarışları keçirilib. Respublika Olmpiya Mərkəzinin stadionunda keçirilən yarışda 8 komanda iştirak edib. Yekun nəticəyə görə Bakı Dövlət Sosial-İqtisad Kollecinin komandası birinci yeri tutub. Azərbaycan Dövlət Pedaqoji Kolleci və Bakı Hümanitar Kollecinin idmançıları isə ilk üçlüyü tamamlayıblar. Spartakiadanın təqvim planına 6 idman növü - atletika, şahmat, dama, basketbol, voleybol, stolüstü tennis daxildir. |
|
Xəbər 663 dəfə oxundu. |
|
|