Hao Yanq “FIDE Grand Swiss 2019”un qalibi olub
Böyük Britaniyanın Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turniri başa çatıb.

Son turda şahmatçılarımız Nicat Abbasov ABŞ təmsilçisi Jefferi Sionq, Rauf Məmmədov türkiyəli Mustafa Yılmaz, Eltac Səfərli yunanıstanlı İoannis Papaioannou ilə heç-heçə ediblər. Komandamızın digər üzvü Vasif Durarbəyli isə amerikalı Qata Kamskiyə məğlub olub.

Turnirdə təmsilçilərimizdən ən yüksək nəticə N.Abbasova məxsusdur. O, 11 mümkün xaldan 6,5 xal toplayaraq 15-ci yeri tutub. Digər şahmatçılarımız R.Məmmədov 5,5 xalla 60-cı, E.Səfərli eyni xalla 65-ci, V.Durarbəyli isə 5 xalla 109-cu pillədə qərarlaşıb. Turnirin qalibi 8 xalla çinli şahmatçı Hao Yanq olub. O, eyni zamanda 2020-ci ildə keçiriləcək iddiaçılar turnirinə vəsiqə əldə edib. Onunla eyni xala malik olan Fabiano Karuana ikinci, rusiyalı Kiril Alekseenko 7,5 xalla üçüncü yeri tutublar.

Xəbər 692 dəfə oxundu.