Futzal üzrə milli komandamızın oyunlarının biletləri satışa çıxarılıb
Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrın 23-dən 26-dək Bakı İdman Sarayında keçiriləcək oyunların biletləri satışa çıxarılıb.

Biletlərin qiyməti 1 manat təşkil edir.

Biletləri Heydər Əliyev Sarayının kassalarından, “ASAN xidmət”in 1, 2 və 3 saylı mərkəzlərindən və “Gənclik Mall”dan əldə etmək olar.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 23-də Moldova, ertəsi gün Monteneqro, ayın 26-da isə Slovakiya ilə üz-üzə gələcək.

Xəbər 675 dəfə oxundu.