Karate üzrə XI dünya çempionatında 14 idmançımız gücünü sınayacaq
Oktyabrın 23-dən 27-dək Çilinin paytaxtı Santyaqo şəhərində yeniyetmə və gənclərin XI dünya çempionatı keçiriləcək.

Yarışda ölkəmizi 14-15 yaşlı yeniyetmələr arasında Ramil Baxşəliyev (52 kq), Rumil Cəfərli (57 kq), 16-17 yaşlı gənclərin yarışında Sultan Hüseynov (55 kq), Hüseyn Məmmədli (61 kq), Tale Yaqubov (68 kq), Hüseyn Hüseynzadə (76 kq), Namiq Quliyev (76 kq-dan yuxarı), Polina Qurenko (53 kq), Ayla Rzazadə (59 kq) və Fidan Dadaşova (48 kq) təmsil edəcəklər. Hümmət Baxşəliyev (67 kq), Murad Hacızadə (84 kq-dan yuxarı) və Fidan Teymurova (50 kq) 21 yaşadək karateçilərin yarışında qüvvələrini sınayacaqlar. Roman Heydərov bu yaş dərəcəsinin kata yarışlarına qatılacaq.

Yeniyetmə və gənclərin XI dünya çempionatında 96 ölkədən 1557 idmançı mübarizə aparacaq.

Xəbər 699 dəfə oxundu.