“Qarabağ”–APOEL oyununu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək
Oktyabrın 24-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək “Qarabağ”-APOEL (Kipr) matçının hakim təyinatları açıqlanıb.

Qarşılaşmanı slovakiyalı Filip Qlovaya idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-APOEL görüşü saat 20:55-də başlayacaq.

A qrupun digər oyununda Lüksemburqun “Düdelanj” klubu öz meydanında İspaniyanın “Sevilya” komandasını qəbul edəcək. İki turdan sonra aktivində 6 xal olan “Sevilya” turnir cədvəlində birinci pillədə qərarlaşıb. Üç xalı olan “Qarabağ” və “Düdelanj” 2-3-cü yerləri bölüşürlər. APOEL isə sıfır xalla dördüncü yerdə qərarlaşıb.

Xəbər 700 dəfə oxundu.