Kunq-fu üzrə Bakı kuboku yarışlarının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kunq-fu Federasiyasının təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində kunq-fu üzrə paytaxt kuboku yarışları keçirilib.

İki gün davam edən yarışda 18 komandanın heyətində 300-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Yarışda Rəşad Xaliqov (42 kq), Əli Bədirxanlı (52 kq), Nicat Əliyev (60 kq), Rəşad Rzayev (65 kq) və Məhəmmədəli Vəliyev (75 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 701 dəfə oxundu.