Parapauerliftinq üzrə açıq respublika çempionatının qalibləri bəlli olub
Parapauerliftinq üzrə açıq respublika çempionatı keçirilib.

“Zirvə” Beynəlxalq İdman Kompleksində baş tutan çempionatda kişilərin yarışında Pərvin Məmmədov (49-54 kq), Sərvər Qəniyev (59-65 kq), Əhməd Razim Azər (72-80 kq, Gürcüstan), Nurlan Babacanov (88-97 kq), Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (100 kq-dan yuxarı) qızıl medal qazanıblar.

Qadınların mübarizəsində Leyla Kazımova (50-80 kq), görmə məhdudiyyəti olan pauerliftinqçilərin yarışında Asif Beliyev (56-82,5 kq) və Məhərrəm Qasımov (90 kq və 125 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Çempionatda Gürcüstan idmançıları da güclərini sınayıblar.

Yarışların yekununda medal əyarına görə, Gəncə komandası 3 qızıl və 2 gümüş mükafatla birinci olub. Sumqayıt (3-3-0) ikinci, Bakı (1-1-2) isə üçüncü pillədə qərarlaşıblar.

Xəbər 802 dəfə oxundu.