“Qalatasaray” - “Fənərbağça” matçı Bakıda keçirilə bilər
Türkiyə Futbol Federasiyası “Qalatasaray” və “Fənərbağça” arasında Superkubok matçının Bakıda keçirilməsini təklif edib. İdman.com.az saytının Türkiyə mediasına istinadən məlumata görə, təklifə “sarı-lacivərdlilər”dən müsbət reaksiya gəlib. “Fənərbağça” Azərbaycan paytaxtını uğurlu şəhər kimi dəyərləndirib.

“Sarı-qırmızılar” da bu varianta mənfi yanaşmayıblar. Bu səbəbdən, Superkubok matçının böyük ehtimalla Bakıda olacağı bildirilir.
Qeyd edək ki, “Qalatasaray” Superliqanın, “Fənərbağça” kubokun qalibi olub.

Xəbər 1101 dəfə oxundu.