Abşeron Olimpiya İdman Kompleksində tayboks üzrə respublika turnirinə yekun vurulub
Abşeron Olimpiya İdman Kompleksində Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında tayboks üzrə respublika turnirinə yekun vurulub.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Muay-tay Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışda 25 klubdan 200-ə yaxın idmançı iştirak edib.

Turnirdə medal sayına görə birinci yeri “Boz Qurd” komandası tutub. “Mübarizlər” ikinci, “Şamaxı” klubu isə üçüncü pillədə qərarlaşıblar.

Qaliblər federasiya tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 725 dəfə oxundu.