FIFA referisi İnqilab Məmmədov dünya çempionatının oyunlarına yeni təyinat alıb
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov yeni təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, İ.Məmmədov Türkiyənin Alanya şəhərində keçiriləcək klublararası dünya çempionatının oyunlarını idarə edəcək.

Dünya çempionatı oktyabrın 21-dən 27-dək keçiriləcək.

Xəbər 653 dəfə oxundu.