Şahmat üzrə “FIDE Grand Swiss 2019”un 10-cu turunun oyunları başa çatıb
Böyük Britaniyanın Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin 10-cu turunun oyunları başa çatıb.

Şahmatçımız Vasif Durarbəyli Svaminathan Soumyanı (Hindistan) məğlub edib. Nicat Abbasov Boris Gelfand, Eltac Səfərli Tamir Nabaty (hər ikisi israilli) ilə heç-heçə ediblər. Rauf Məmmədov polşalı Radoslav Vojtaszekə məğlub olub.

On turdan sonra N. Abbasovun 6 xalı var. Komandamızın digər üzvləri hərəyə 5 xal qazanıblar.

Xəbər 672 dəfə oxundu.