Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub | |
Futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub. Turun son oyunu “ASCO Arena”da oynanılıb. “Səbail” öz meydanında “Sumqayıt”ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. İlk topu 47-ci dəqiqədə Peyman Babayi vurub. Uzatma dəqiqələrində isə Elvin Cəfərquliyev yekun nöqtəni qoyub. “Sumqayıt” bu qələbə sayəsində xallarını 10-a çatdırıb və “Zirə”ni geridə qoyaraq 5-ci pilləyə yüksəlib. “Gənclik şəhəri” təmsilçisi eyni xala malik “Səbail”dən yalnız şəxsi göstəricilərdə geri qalır. Qeyd edək ki, turun ilk 3 oyununda “Qəbələ” “Qarabağ”la, “Keşlə” “Sabah”la heç-heçə edibsə, “Neftçi” “Zirə”yə böyük hesabla qalib gəlib - 3:0. |
|
Xəbər 661 dəfə oxundu. |
|
|