Berti Foqts: Rəqiblərin oyunlarının izləyəcəyik
“Avro-2012-də Portuqaliya millisinin keçirəcəyi bütün oyunları izləyəcəyik. Rusiya yığmasının bizim üçün bu çempionatda təhlil olunmasını düzgün hesab etmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözü Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib. Almaniyalı çalışdırıcı DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan komandaların oyunlarının izlənməsi ilə bağlı planlarını açıqlayıb:

“Çünki Dik Advokatın gedişindən sonra komandada dəyişikliklərin olacağı şübhəsizdir. Mayın 26-da keçiriləcək Çex Ruspublikası – İsrail oyununu köməkçim Olaf Yansen, mayın 31-də Almaniya – İsrail qarşılaşmasını isə özüm izləyəcəyəm. Şimali İrlandiya yığmasının 2 oyununa baxmışıq, digər qarşılaşmalarını da diqqət mərkəzində saxlayacağıq. İyunun 2-də isə Lüksemburq – Malta oyununu izləyəcəyəm”.

Xəbər 859 dəfə oxundu.