Badmintonçumuz "Egypt International 2019" turnirinin finalına yüksəlib
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Misirin paytaxtı Qahirədə keçirilən "Egypt International 2019" beynəlxalq turnirinin finalına yüksəlib.

Mübarizəyə onaltıdabir finaldan başlayan E.Dviçayo ilk görüşünü portuqaliyalı Duarte Nuno Anjoya qarşı keçirib. Badmintonçumuz rəqibini məğlub edərək səkkizdəbir finala adlayıb. Bu mərhələdə idmançımız hindistanlı Dvur Ravatı 2:0 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib. Dörddəbir finalda belçikalı Maksim Morelsi mübarizədən kənarlaşdıran Dviçayo yarımfinalda Şri-Lanka təmsilçisi Niluka Karunaratneyə qalib gəlib. Finalda çexiyalı Milan Ludiklə qarşılaşacaq badmintonçumuz Azərbaycan idman tarixində ilk dəfə Olimpiya Oyunlarına lisenziya qazana bilər.

Digər badmintonçumuz Ezmi Qovımuramadhoni isə ilk görüşündə irlandiyalı Conatan Dolana 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

"Egypt International 2019" turnirində 60 kişi və 49 qadın badmintonçu iştirak edir.


Xəbər 1110 dəfə oxundu.