Akademik avarçəkmə üzrə Rusiya yığması noyabr ayında Azərbaycanda məşq-toplantı keçirəcək
Rusiyanın akademik avarçəkmə komandasının ikinci məşq-toplantısı noyabrın 17-də Azərbaycanda başlanacaq.

Bu il avqustun 25-dən sentyabrın 1-dək Avstriyanın Ottenshaym şəhərində keçirilmiş dünya çempionatında rusiyalı avarçəkənlər olimpiya lisenziyası qazana bilməyiblər. Rusiyalı heyətlər olimpiya tipli səkkiz və qeyri-olimpiya tipli iki heyət şəklində çıxış edib, lakin bu komandanın dünya birinciliyində göstərdiyi nəticələr qənaətbəxş hesab edilməyib.

Rusiya Avarçəkmə İdmanı Federasiyasının (RAİF) prezidenti Aleksey Svirin deyib: “Biz adətən yeni mövsümə hazırlığa Bronnitsada başlayırıq. Bu il hazırlıq işinə oktyabrın 6-da başlamışıq. Mövsümün yekunlarına əsasən qadınlardan ibarət səkkiznəfərlik heyət və dördnəfərlik qarışıq heyət mərkəzləşmiş şəkildə hazırlıq keçmək hüququ qazanılıb. Seçmə yarışları Rostov-Donda keçirmişik. İndi komandalar Bronnitsada məşq tədbirlərinə toplaşırlar. İdmançıların çoxu artıq Bronnitsadadır və məşqə başlayıblar. Bronnitsada toplantı noyabrın 10-dək davam edəcək. İdmançılar hazırlıq planı üzrə işi rahat davam etdirmək üçün burada dərin tibbi müayinə keçəcəklər”.
Svirin daha sonra deyib: “Noyabrın 17-də Azərbaycanda toplantı başlanacaq. Olimpiya oyunları üçün lisenziya almağa hazırlaşan bir neçə əsas heyətə cəlb edilmiş ehtiyat oyunçular da həmin heyətə seçilmək iddiasındadırlar. İndiki vəziyyətdə düşünürük ki, əsas iddiaçılar iki kişi və iki qadından ibarət dördlüklər, yalnız qadınlardan ibarət sükançısız dördlük və bir kişidən ibarət heyət olacaq”.

Rusiyalı heyətlər Tokio Olimpiya Oyunlarına seçilmək şansını saxlayırlar. Həmin oyunlara vəsiqələrin sahibləri qitə seçmə reqatasında, həmçinin seçmə final yarışlarında müəyyən olunacaqlar. Avropa seçmə reqatası 2020-ci il aprelin 27-dən 29-dək İtaliyanın Varesa şəhərində, yekun seçmə turniri isə 2020-ci il mayın 17-dən 19-dək İsveçrənin Lyutserna şəhərində keçiriləcək.


AZƏRTAC

Xəbər 1129 dəfə oxundu.