Ağasəlim Mircavadovun «Qəbələ»nin başına keçməsi alınmayıb
Azərbaycanın tanınmış mütəxəssisi Ağasəlim Mircavadovun «Qəbələ» klubuna baş məşqçi təyinatı son anda baş tutmayıb. İdman.com.az saytına daxil olan xəbərə görə, ölkənin ən titullu futbol çalışdırıcısı «qara-qırmızılar»ın rəhbərliyinə təklif olunsa da, komanda başbilənləri naməlum səbəbdən buna «yox» cavabı veriblər. Sızan başqa bir məlumata görə, Mircavadov ümumiyyətlə, birdəfəlik təqaüdə göndərilib.

Bu arada, «Qəbələ» Fateh Kavlakla anlaşmanı uzatmağa hazırlaşır. Buna səbəb, klubun rəhbərliyinə təklif olunan, adı gizli qalan tanınmış qərbi avropalı məşqçinin Azərbaycana gəlməkdən imtina etməsidir. Ehtimallara əsasən, komanda baş məşqçi məsələsini hələ də açıq saxlamaq istəyir.

Xəbər 1041 dəfə oxundu.