İspaniya yığması açıq məşqə çıxacaq
İspaniya yığması Avro-2012 ərəfəsində 5 açıq məşq keçirəcək. Bu məşqlərə tamaşaçılar pul ödəyərək baxa biləcəklər. İdman.com.az saytının məlumatına görə, bir biletin qiyməti 10 avro olacaq.

Hazırkı Avropa çempionları məşqlərə mayın 22-dən başlayacaqlar. Şənbə günü «Çelsi» ilə Çempionlar Liqasını qazanmış və İspaniya kuboku uğrunda «Barselona» və «Atletiko»nun formasını geyinəcək futbolçular məşqlərə bir qədər sonra qatılacaqlar.

Xəbər 2771 dəfə oxundu.