Mingəçevirdə “Qızlar bacarır” layihəsi çərçivəsində təlim keçirilib | |
AFFA və UNİSEF-in birgə həyata keçirdiyi “Qızlar bacarır” layihəsi çərçivəsində futbolçu qızlar üçün BLS (basic life skills) təlimlərinə start verilib. İlk təlim Mingəçevir şəhərində keçirilib və UNİSEF-in təyin etdiyi beynəlxalq dərəcəli mütəxəssislər tərəfindən qadın futbolunun inkişafı məqsədilə “Fundamental bacarıqlar” tədris olunub. Qeyd edək ki, şəxsi inkişaf, özünəinam, sağlamlıq kimi bir sıra mövzuları əhatə edən təlimlərin 4 bölgədə keçirilməsi nəzərdə tutulub. Layihədə 300-dən artıq qadın futbolçu iştirak edəcək. |
|
Xəbər 739 dəfə oxundu. |
|
|