Berti Foqts: Bu matç bizim komanda üçün böyük əhəmiyyət kəsb edir
“Yaponiya yığması ilə qarşılaşmaq bizim komanda üçün böyük əhəmiyyət kəsb edir. Çünki rəqibimizin heyətində çox yaxşı futbolçular var”. İdman.com.az saytının məlumatına görə, bu fikri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib. Yığmamız növbəti yoldaşlıq görüşünü sabah Yaponiya yığması ilə keçirəcək.

Almaniyalı çalışdırıcı səfər oyunu öncəsi bu gün keçirilən mətbuat konfransında bildirib: “Düşünürəm ki, yaponiyalı futbolçulardan müəyyən şeyləri öyrənməliyik. Yaponiya yığmasından yüksək səviyyəli oyun gözləyirəm. Bu qarşılaşma bizim üçün dünya çempionatının seçmə mərhələsinə hazırlıq yolunda böyük təcrübə olacaq”.

Xəbər 1109 dəfə oxundu.