Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli bəlli olub
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli bəlli olub.

Azsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 3 günü əhatə edəcək turun ilk matçında "Keşlə" "Qəbələ"ni qəbul edəcək.

IX tura “Qarabağ” – “Səbail” qarşılaşması ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, IX tur

26 oktyabr (şənbə)

16:00. “Keşlə” – “Qəbələ”

“ASCO Arena”, (canlı/"CBC İnternational")

18:00. “Sabah” – “Zirə”

“Bank Respublika Arena”

27 oktyabr (bazar)

17:30. “Sumqayıt” – “Neftçi”

“Kapital Bank Arena”

28 oktyabr (bazar ertəsi)

19:00. “Qarabağ” – “Səbail”

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, qarşılaşmalardan biri “CBC İnternational”, digərləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Xəbər 763 dəfə oxundu.