Şahmatçımız Məhəmməd Muradlı dünya çempionatının üçüncü turunda mübarizə aparacaq
Oktyabrın 17-də Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatında üçüncü turun oyunları keçiriləcək.

Nüfuzlu yarışda ölkəmizi təmsil edən Məhəmməd Muradlının növbəti rəqibi filippinli Con Marvin Miciano olacaq.

M.Muradlının iki turun yekununa görə cəmi 1 xalı var.

On bir turdan ibarət dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 687 dəfə oxundu.