Şahmatçımız dünya çempionatında ilk qələbəsini qazanıb
Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatında ölkəmizi təmsil edən Məhəmməd Muradlı ilk qələbəsini qazanıb.

Təmsilçimiz hindistanlı rəqibi V.Raahulu məğlub edərək aktivinə 1 xal yazdırıb.

Xatırladaq ki, M.Muradlı birinci turda israilli Yoan Milikova məğlub olub.

On bir turdan ibarət dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir.


Xəbər 817 dəfə oxundu.