Cüdoçumuz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq
Mərakeşdə gənclər arasında keçirilən cüdo üzrə dünya çempionatında idmançımız Əhməd Yusifov uğurla çıxış edərək finala vəsiqə qazanıb.

Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz finalda rusiyalı Konstantin Simeonidis ilə qarşılaşacaq.

Digər cüdoçumuz İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq. İ.Əliyev üçüncü yer uğrunda görüşdə rumıniyalı Lusian Bors Dumitresku ilə üz-üzə gələcək.
Dünya çempionatında Azərbaycanı 9 kişi və 2 qadın olmaqla ümumilikdə 11 cüdoçu təmsil edir.

Yarışda 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır. Dünya çempionatı oktyabrın 19-dək davam edəcək.


Xəbər 733 dəfə oxundu.