Olsen Lindeqoru da əlavə etdi
Danimarka yığmasının baş məşqçisiorten Olsen Avro-2012 iştirak ərizəsinə «Mançester Yunayted»in qolkiperi Anders Lindeqoru da salıb. İdman.com.az saytının məlumatına görə, baş məşqçi bir neçə gün öncə 20 futbolçunun adını elan etmişdi. Həmin futbolçulardan savayı komanda ilə təlim-məşqlərə Lindeqorla yanaşı, «Hoffenhaym»lı müdafiəçi Yannik Vesterqor və «Qroningen»in forvardı Niklas Pedersen də var idi.

Məşqlərdə özünü yaxşı göstərə bilən qapıçı adını siyahıya saldıra bilib. Yanvardan bəri oynamasına imkan verməyən ayaq zədəsi isə artıq onu narahat etmir. Olsen qapıçı haqqında bunları deyib: «Biz Andersin ustalığına heç vaxt şübhə etməmişik. Lakin onu yoxlamalı idik. Çünki zədədən sonra çıxış etməli idi. Üç məşqdən sonra anladıq ki, qarşımızda tamamilə sağlam üçüncü qapıçı var».

Xəbər 1057 dəfə oxundu.