Futzal üzrə Azərbaycan millisi Moldova, Monteneqro və Slovakiya yığmaları ilə qarşılaşacaq
Azərbaycan milli komandası 2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsində mübarizə aparacaq.

Bakı İdman Sarayında təşkil olunacaq əsas mərhələdə millimiz Moldova, Monteneqro və Slovakiya yığmaları ilə qarşılaşacaq.

Futzalçılarımız oktyabrın 23-də Moldova, ertəsi gün Monteneqro, ayın 26-da isə Slovakiya yığmaları ilə qarşılaşacaqlar.

Xəbər 695 dəfə oxundu.