Runi qitə çempionatına çimərlikdə hazırlaşır
«Mançester Yunayted»in forvardı Ueyn Runi komandasının ölkə çempionluğunu çempionatın son dəqiqələrində əldən verməsindən məyusluğunu çox da yaşamayıb istirahətə yollanıb. İdman.com.az saytının məlumatına görə, İngiltərə yığmasının oyunçusu qitə çempionatına qədər qalan boş vaxtını xanımı Kolinlə ABŞ-da keçirmək qərarına gəlib. Yarışın ilk iki oyununu cəza səbəbiylə buraxmalı olacaq Runi Las Veqasda dəbdəbəli «Wynn» otelində istirahət edəcək.

Onlar artıq Las Veqas çimərliyində fotoqrafların kameralarına tuş gəliblər. Özü də özünü günə yalnız Kolin verib.Ueyn isə heç köynəyini də çıxarmayıb və sadəcə xanımına müxtəlif içkilər gətirməklə məşğul olub. Runi yerli kazinoda da oynamağa gedib. Ancaq xanımsız. Runini orada həm də «Mançester Yunayted»dən komanda yoldaşı Ues Braunla pivə içərkən görüblər.

İndi ingilislər öz sevimlilərinin istirahətini vaxtında başa vurub qitə yarışına çatacağına ümid etməlidilər. Runi yəqin ki, ilk olaraq iyunun 19-da Ukrayna ilə matçda meydana çıxacaq.

Xəbər 1052 dəfə oxundu.