Parapauerliftinq üzrə açıq respublika çempionatında 30-dan çox idmançı yarışacaq | |
Parapauerliftinq idmanı üzrə açıq respublika çempionatı keçiriləcək. Yarış oktyabrın 20-də Xırdalandakı “Zirvə” beynəlxalq idman klubunda baş tutacaq. Çempionatda Gəncə, Naxçıvan, Şamaxı, İsmayıllı, Sumqayıt və Bakıdan 30-dan çox idmançı yarışacaq. Dörd idmançı isə Gürcüstandan yarışa qatılacaq. |
|
Xəbər 756 dəfə oxundu. |
|
|