Naxçıvanda keçirilən futzal liqasında ilk tura yekun vurulub
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının təşkilatçılığı ilə Naxçıvanda fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında keçirilən futzal liqasının ilk turuna yekun vurulub.

Muxtar respublikada ilk dəfə olaraq keçirilən liqa beynəlxalq futzal qaydalarına uyğun olaraq təşkil edilib. 24 komandanın mübarizə apardığı qarşılaşmada 11 görüş keçirilib, bir oyun isə təxirə salınıb. Görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

Ədliyyə Nazirliyi - Sığorta Agentliyi - 2:6

Türkiyə Konsulluğu - “Prestij” - 0:6

Naxçıvanbank - Fövqəladə Hallar Nazirliyi - 3:9

Penitensiar Xidmət - Dövlət Dəmir yolu - 5:2

Daxili Qoşunlar - Mərkəzi Bank - 9:0

ƏƏSMN - Daşınmaz Əmlak Xidməti - 8:4

“Ağbulaq” - Mədəniyyət Nazirliyi - 7:3

Xarici İşlər İdarəsi - Nəqliyyat Xidməti - 6:5

Antiinhisar - Hava Limanı - 0:8

“Naxçıvan TV” - “Cahan Holdinq” - 1:7

İlk turdan sonra 11 komandanın aktivində 3 xal var.

Xəbər 732 dəfə oxundu.