Avro-2012-nin proqnozlarını donuz verəcək
2012-ci il Avropa çempionatının proqnozlarını 380 kq-lıq donuz verəcək. İdman.com.az saytının məlumatına görə, yarış zamanı qarşıdakı oyunların gələcək nəticələrini onun vasitəsilə öyrənmək olacaq. 4 ayaqlı «falçı»nı Kiyevdə fan-zonanın fəxri yerində yerləşdirəcəklər. Oyun qabağı donuzun qarşısına iki boşqab yemək qoyacaqlar. Bu boşqablarda matçın iştirakçı ölkələrinin bayraqları əks olunacaq. Və heyvanın seçimi də matçın qalibini proqnozlaşdıracaq.
Xarkovun isə öz «falçı»sı olacaq. Bu, daha kiçik canlı – dağ siçanı olacaq

Xəbər 1198 dəfə oxundu.