Ağsuda şahmat üzrə rayon çempionatı keçirilib
9-12 oktyabr tarixlərində Ağsu rayon UGİŞM-də 18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi günü münasibətilə şahmat üzrə rayon çempionatı keçirilib.

Ağsu rayon Gənclər və İdman idarəsinin, Ağsu rayon Təhsil şöbəsinin və Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 3 yaş (10, 16 yaşadək və 16 yaşdan yuxarı) qrupunda, ümümumilikdə 61 nəfər idmançı öz zəkasını sınayıb.

Sonda qaliblər Ağsu rayon Gənclər və İdman idarəsinin qiymətli hədiyyələri və UGİŞM-nin fəxri fərmanları ilə mükafatlandırılıblar.

Xəbər 702 dəfə oxundu.