Azərbaycanın kişi şpaqaçıları Xorvatiyada keçirilən “Satellite” seriyalı turnirdə iştirak ediblər | |
Azərbaycanın kişi şpaqaçıları Xorvatiyanın Split şəhərində keçirilən “Satellite” seriyalı turnirdə iştirak ediblər. Qrupda keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran qılıncoynadanlarımızdan Kənan Əliyev, Ruslan Həsənov və Barat Quliyev turnirin pley-off mərhələsinə yüksəliblər. Otuzikidəbir finalda Türkiyə təmsilçisi Barış Cana 15:11 hesabı ilə qalib gələn R.Həsənov, onaltıdabir finalda xorvatiyalı Riçard Şmidtə 10:15 hesabı ilə məğlub olub. Kənan Əliyev və Barat Quliyev isə mübarizəni otuzikidəbir finalda dayandırıblar. B.Quliyev Rumıniya idmançısı Adrian Kiprian Jilagiyaya 10:15, K.Əliyev isə rusiyalı Dmitriy Qusevə 9:15 hesabı ilə məğlub olub. Qrup mərhələsini qələbəsiz başa vuran Fərrux Səfərov isə mübarizəni erkən dayandırıb. |
|
Xəbər 848 dəfə oxundu. |
|
|