Velosipedçimiz Malayziyada “Tour of Peninsular 2019” yarışının birinci mərhələsinin qalibi olub
Azərbaycan velosipedçisi Elçin Əsədov Malayziyada keçirilən “Tour of Peninsular 2019” yarışınin birinci mərhələsinin qalibi olub.

Azsport.az turnirin saytına istinadla xəbər verir ki, təmsilçimiz 2.1 kateqoriyalı yarışda bütün rəqiblərini qabaqlayıb. Digər velosipedçimiz Samir Cəbrayılov isə yarışı yeddinci pillədə başa vurub.

Xəbər 991 dəfə oxundu.