Xüsusi olimpiyaçı badmintonçular arasında respublika yarışı keçirilib
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə badminton üzrə respublika yarışları keçirilib.

Oğlanlar və qızlar arasında təşkil edilən turnirdə oğlanlar 4, qızlar 2 divizionda qüvvələrini sınayıblar.

Oğlanlar arasında Təbriz Ağayev (I divizion), Ayxan Məmmədov (II divizion), Vuqar Mirzəyev (III divizion, hər üçü Xəzər rayonu 12 nömrəli xüsusi internat məktəbi), Məhəmməd Məmmədov (IV divizion, Nizami rayonu 3 nömrəli xüsusi təhsil məktəbi) və Toğrul Mirzəyev (autizm, Greenlight Autizm Mərkəzi) birinci yeri tutublar.

Qızların yarışında isə Töyfə Musayeva (I divizion) və Sevda Əmiraslanova (II divizion, hər ikisi Xəzər rayonu 12 nömrəli xüsusi internat məktəbi) qalib olublar.

Xəbər 751 dəfə oxundu.