Formula 1 Yaponiya Qran-Prisinə səhvən 52-ci dövrəyə əsasən yekun vurulub
Formula 1 Yaponiya Qran-Prisinə səhvən 53-cü dövrəyə əsasən deyil, 52-ci dövrəyə əsasən yekun vurulub, halbuki pilotlar həmin dövrəni, demək olar, dəf edə biliblər.

Buna yürüşün başa çatması haqqında xəbərdarlıq siqnalının Valtteri Bottasın final dövrəsini başa çatdırmağa macal tapmamış səslənməsi səbəb olub. Bununla əlaqədar olaraq, yekun təsnifat 52-ci dövrəyə əsasən verilib.

Bu səhv final dövrəsində qəzaya uğramış Serxio Peresin doqquzuncu yeri saxlamasına və iki xal toplamasına imkan verib. Niko Hyulkenberq onuncu mövqeyə düşüb, Lens Stroll xal zonasından çıxıb. Daniil Kvyat protokolda 11-ci deyil, 12-ci mövqedə qərarlaşıb.

Xəbər 725 dəfə oxundu.