Cəlilabadlı veteran idmançı Tbilisidə keçirilən dünya çempionatında qızıl medal qazanıb
Gürcüstanın paytaxtı Tbilisi şəhərində idmanın poverliftinq növü üzrə veteran idmançılar arasında keçirilən dünya çempionatında cəlilabadlı idmançı uğurla çıxış edib.

Dünya çempionatında Azərbaycanı 90 kiloqram çəki dərəcəsində təmsil edən Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin ağır atletika idmanı üzrə baş məşqçisi Qadir Babayev bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Ölkəmizi layiqincə təmsil edən idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, bayrağımız yüksəklərə qaldırılıb.

Xəbər 705 dəfə oxundu.