Neymarı soyublar
Gənc və istedadlı braziliyalı futbol ulduzu Neymar darıxmağa imkan tapmır. O özü də günahkar olanda daima diqqət mərkəzinə düşür.
İdman.com.az saytının məlumatına görə, «Santos»un forvardı bu günlərdə vətəni Braziliyada bir gecədə iştirak edib. Naməlum biri məclisdə videokameraların qarşısında və mühafizəçilərin əhatəsində futbolçunun qulağından sırğanı çıxarıb və qaçıb gizlənməyə cəhd edib. Forvard dərhal reaksiya verə bilməsə də, cinayətkarı tez yaxalayıb brilyant qaşlı sırğanı yiyəsinə qaytarıblar.

Xəbər 1108 dəfə oxundu.