Cüdoçumuz açıq Avropa kubokunda bürünc medal qazanıb
Oktyabrın 12-13-də Estoniyanın paytaxtı Tallində cüdo üzrə Avropa açıq kuboku yarışı keçirilib.

Beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Aleksandra-Larisa Florian mükafatçılar sırasında yer alıb. Qadınlar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan millimizin rumın legioneri yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Florian bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi Nora Bannenberqə qalib gəlib.

Qeyd edək ki, Tokio Olimpiadasına lisenziya xalları verən Tallin turnirində 35 ölkədən 292 cüdoçu yarışıb.

Xəbər 759 dəfə oxundu.