Gənclər təşkilatları arasında futbol yarışı keçirilib
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “SABAH” futbol klubunun tərəfdaşlığı, Binəqədi Gənclər Evinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə gənclər arasında futbol yarışı keçirilib.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirdə birinci yeri “İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin komandası tutub. İkinci və üçüncü yerlərdə Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyinin və Gənclər Fondunun təmsilçiləri qərarlaşıblar.

Turnirin keçirilməsində məqsəd gənc nəslin sağlam ruhda yetişməsi, gənclər təşkilatları arasında dostluq əlaqələrinin gücləndirilməsidir.

Xəbər 761 dəfə oxundu.