Skopyedə Dünya Şotokan Federasiyasının Avropa çempionatı keçiriləcək
Noyabrın 1-dən 3-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə Dünya Şotokan Federasiyasının (WSF) növbəti Avropa çempionatı keçiriləcək.

Yarışda 30-dək ölkədən 2500-dən artıq karateçi iştirak edəcək.
Qitə çempionatında Azərbaycan karateçiləri də qüvvələrini sınayacaqlar.

Yarış ərəfəsində təşkilatın İdarə Heyətinə yeni üzvlərin qəbul olunması nəzərdə tutulub. Yığıncaqda WSF-i inkişaf etdirmək məsələləri gündəmə gətiriləcək.


Xəbər 746 dəfə oxundu.