Kunq-fu üzrə açıq Bakı kuboku turnirinə start verilib
Oktyabrın 12-də Hövsan Olimpiya İdman Kompleksində kunq-fu üzrə açıq Bakı kuboku turnirinə start verilib.

Tyrnirdə paytaxt və bölgələrdən 200-ə yaxın idmançı iştirak edir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kunq-Fu Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda bütün yaş kateqoriyasında olan idmançılar mübarizə aparırlar.

Xəbər 680 dəfə oxundu.