Azərbaycanın U-19 komandası çexiyalı həmyaşıdları ilə qarşılaşacaq
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Yığmamız Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşmada Çexiyanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq.

Oyunu maltalı baş hakim Alan Mario Sant idarə edəcək. Ona həmyerlisi Luke Portelli və xorvatiyalı Hrvoje Radiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fran Jovic (Xorvatiya) yerinə yetirəcək.


Xəbər 751 dəfə oxundu.