Basketbol üzrə 27-ci Azərbaycan çempionatına start verilib
Basketbol üzrə 27-ci Azərbaycan çempionatına "Zirvə Astara"-Gəncə" oyunu ilə start verilib.

Elə birinci hissədə təşəbbüsə yiyələnən "Zirvə" böyük fasiləyə tutarlı xal üstünlüyü ilə yollanıb - 50:29.

Qalan iki hissə "Gəncə"nin diktəsi ilə keçsə də, ilk yarıda qazanılan xal üstünlüyü oyunu "Zirvə"nin qələbəsi ilə nəticələndirib - 77:56.

Ölkə birinciliyində 8 komanda - "Atletik", "Atom", "Zirvə Astara", "Gəncə", "Sərkərdə", "Sıçrayış", "80-lər" və "Xırdalan" iştirak edir.
Birinci turun növbəti oyunları - "Sərkərdə"- "Atom",
"Xırdalan"- "Atletik" və "Sıçrayış"- "80-lər" oktyabrın 12-də keçiriləcək.

Xəbər 1065 dəfə oxundu.