Azərbaycan hakimi Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təltif olunub
Kişi və qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təltif olunub.

Hakimimizə “qızıl diplom” hazırda Almaniyanın Ştutqart şəhərində keçirilən idman gimnastikası üzrə 49-cu dünya çempionatı çərçivəsində təqdim olunub.

Bu diplom 16 il (4 Olimpiya dövrü) ərzində Olimpiya Oyunları, dünya çempionatı, yeniyetmələrin Olimpiya Oyunları, Ümumdünya Yaş Qrupu Yarışlarında qüsursuz fəaliyyətə görə verilir.

Xatırladaq ki, R.Əliyev Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq, kişi idman gimnastikası üzrə ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasına malikdir.


Xəbər 790 dəfə oxundu.