Cüdo üzrə Masallı birinciliyinin qalibləri müəyyənləşib
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında cüdo üzrə rayon birinciliyi keçirilib.

Masallı Cənub Cüdo Təlim Mərkəzində keçirilən yarışda 10 çəki dərəcəsində 120 idmançı gücünü sınayıb.

Gənclərin yarışında Heydərəli Quliyev (55 kq), Nicat Talıblı (73 kq) və Kazım Qafarov (91 kq) qızıl medal qazanıblar.

Yeniyetmələrin mübarizəsində Vüsal Şıxəliyev (34 kq), Surxay Hacızadə (38 kq) və Kamran Mustafayev (46 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Uşaqların yarışında Qafar Talıbov (24 kq), Yasər Novruzov (27 kq), Bağır Apazadə (30 kq) və Ayaz Cavadov (38 kq) birinci olublar.

Yarışın sonunda qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Xəbər 691 dəfə oxundu.