Simone «Monako»dan göndərildi
Fransa «Monako»su baş məşqçisiz qalıb. İdman.com.az saytının məlumatına görə, komandanın sükançısı Marko Simone klubun I Diviziona qayıdışı problemini həll edə bilməyərək istefaya göndərilib. Klubun rəsmi saytında bildirilib ki, futbolçu karyerasının uğurlu anlarını «Milan» və PSJ-də keçirmiş Sİmone «Monako»da işə ötən ilin sentyabrında başlayıb.

Klub I Diviziona qayıtmaq uğrunda mübarizə apararaq, yarışı yalnız 8-ci pillədə başa vurub. «Monako»nun sahibi Dmitrii Rıbolovlev komandaya yeni mövsümdə işləmək üçün tanınmış və təcrübəli bir mütəxəssis dəvət etmək istəyir.

Xəbər 880 dəfə oxundu.