Futbolçumuz Almaniya klubu ilə müqaviləsini yeniləyib
Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Aue” klubu ilə yeni müqavilə imzalayıb.

Yeni müqaviləyə əsasən futbolçu 2023-cü ilin iyununadək Almaniya təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, 2016-cı ildən “Aue”də çıxış edən yarımmüdafiəçi 97 oyuna çıxıb və 20 qol vurub.


Xəbər 752 dəfə oxundu.