Formula 1 Yaponiya Qran-Prisinin təsnifatı bazar gününə keçirilib
Formula 1 Yaponiya Qran-Prisinin təsnifatı “Xaqibis” qasırğası yaxınlaşdığına görə bazar gününə keçirilib.

Təsnifat yerli vaxtla 10:00-da, yürüş 14:10-da başlayacaq. Üçüncü məşq ləğv edilib.

Sinoptiklər bildirirlər ki, “Xaqibis” 2019-cu ilin ən iri qasırğası ola bilər. Proqnozlara görə, oktyabrın 13-də küləyin sürətinin pik göstəriciləri saatda 160 kilometrə çata bilər.

Yaponiya Qran-Prisinin təsnifatı 2004-cü və 2010-cu illərdə də qasırğaya görə bazar gününün səhər saatlarına keçirilib.

Xəbər 758 dəfə oxundu.